Klassik avtomobil hərrac şirkəti RM Sotheby’s cümə axşamı elan edib ki, yalnız iki modeli mövcud olan 1955-ci il Mercedes-Benz avtomobilindən biri bu ayın əvvəlində 143 milyon dollara hərraca çıxarılıb və o, indiyə qədər satılan ən bahalı avtomobil olub.
Fərdi kolleksiyaçının aldığı 300 SLR Uhlenhaut Coupe, 2018-ci ildə 48 milyon dollara satılan 1962-ci ilin Ferrari 250 GTO modelinin rekordunu demək olar ki, üç dəfə artırıb.
Hərrac evinin məlumatına görə, yalnız dəvətnamə əsasında keçirilən hərrac mayın 5-də Almaniyanın Ştutqart şəhərindəki Mercedes Benz Muzeyində baş tutub.
“Şəxsi alıcı razılaşıb ki, 300 SLR Uhlenhaut Coupe xüsusi hallarda ictimai nümayiş üçün əlçatan olacaq, ikinci orijinal 300 SLR Coupe isə şirkət mülkiyyətində qalacaq və Ştutqartdakı Mercedes-Benz Muzeyində nümayiş etdirilməyə davam edəcək”, hərrac şirkəti əlavə edib.
RM Sotheby’s bildirib ki, hərracdan əldə olunan gəlir ətraf mühit elmini və karbonsuzlaşdırma tədqiqatlarını maliyyələşdirəcək ümumdünya Mercedes-Benz Fondunun yaradılmasına sərf olunacaq.
Follow @7timesaz