Ölkə

2022-ci ildə neçə məktəbin sanitar qovşağı yenilənib?

2022-ci ildə neçə məktəbin sanitar qovşağı yenilənib?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2022-ci ildə ümumilikdə 1107 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib”.

Bunu Təhsil nazirliyindən 7Times.az-a bildirilib.

Belə ki, ötən təqvim ili ərzində 769 məktəb (682-si cari, 87-si əsaslı) cari və ya əsaslı təmir olunub.

Respublika üzrə 262 məktəbin sanitar qovşağı yenilənib və ya təmir edilib, 76 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb.

Həmçinin, 23 yeni məktəb və 30 modul tipli məktəb istifadəyə verilib.

7Times.az