Cəmiyyət

24 korona xəstəsinin vəziyyəti ağırdır – Rəsmi

Bu barədə TƏBİB-dən məlumat verilib.

24 korona xəstəsinin vəziyyəti ağırdır – Rəsmibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 21-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5986 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 861 min 788-ə çatıb.

Bu barədə 7times.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1727 nəfərdir. Xəstələrdən 180 nəfəri reanimasiyadadır ki, onlardan da 24-ü süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 21-də Azərbaycanda koronavirus infeksiyasına 162 yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.