Bakı Ağır Cinayətlər Məhkəməsində bacısı 2008-ci il təvəllüdlü Bahar Əlizadəni (ad və soyadlar şərtidir) zorlayan 2000-ci il təvəllüdlü Ramin Əlizadəyə hökm oxunub.
7Times.az xəbər verir ki, hadisə ilk dəfə 2019-cu ildə Suraxanı rayonunun Hövsan qəsəbəsində, Baharın 10 yaşı olarkən başlayıb. Belə ki, Ramin anasını müxtəlif bəhanələrlə marketə göndərərək Bahar ilə evdə tək qalıb.
Məhkəməyə ifadəsində Bahar Əlizadə bildirib ki, anasını göndərdikdən sonra, qardaşı onunla dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olub:
“Anam getdikdən sonra mənimlə zorla qeyri-təbii yolla onunla cinsi əlaqədə oldu. Məni döyürdü. Qorxduğum üçün müqavimət göstərə bilmirdim. Hədələyib heç kimə, xüsusilə də anama deməməyimi deyirdi.”
Ramin 3 il müddətində azyaşlı bacısı ilə dəfələrlə cinsi əlaqədə olub:
“Sonuncu dəfə o 2021-ci ilinin may-iyun aylarında 13 yaşım olduqda mənimlə cinsi əlaqə oldu, həmin vaxt yenə anamı bəhanə ilə mağazaya göndərmişdi. Ramin mənimlə sonuncu dəfə cinsi əlaqədə olduqdan sonra dözə bilməyib anama bu barədə dedim, anam mənə tam inanmadığı üçün məni həkimə aparacağını dedi. Bundan bir-iki gün sonra anamla həkimə getmək üçün evdən çıxdıq, lakin utandığım, qorxduğum üçün və anamın mənə inamsızlıq etdiyini görüb həkimə getməkdən imtina edib evə qayıtdım. Anam isə atamın qardaşımı və onu öldürəcəyindən qorxub bu barədə heç kəsə məlumat vermədi.”
Baş verənlər azyaşlı qızı gərgin psixoloji vəziyyətə salıb və bu səbəbdən o özünü məktəbin pəncərəsindən atmağa cəhd edib:
“Özümü məktəbin 3-cü mərtəbəsindən atmağa çalışdım. Lakin məktəbdə işləyən müəllim məni tutaraq pəncərədən dəhlizə saldı, bundan sonra məktəbin psixoloqu mənimlə söhbət etdi. Həmin psixoloqa qardaşımın mənə qarşı etdiklərini danışdım.”
Məhkəmənin hökmünə əsasən Ramin Əlizadə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
7Times.az
Follow @7timesaz