Ölkə

3 nəfərə “Şərəf” ordeni verildi

3 nəfərə “Şərəf” ordeni verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

7times.az xəbər verir ki, Sərəncama əsasən, elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər.