Cəmiyyət

40 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

40 yaşdan yuxarı şəxslərin nəzərinə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan Azərbaycanda vaksinasiya prosesində növbəti mərhələyə başlanılacaq.

7times.az xəbər verir ki, martın 22-dən etibarən 40 yaşdan yuxarı vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.

Peyvəndləmə prosesi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə mərhələli şəkildə davam edir.

Vətəndaşlar //randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Xatırladaq ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkəmizdə Çin istehsalı olan “CoronaVac” peyvəndindən istifadə olunur.