Cəmiyyət

66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – FOTO

66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax rayonunda 66 yaşlı kişi, qonşu Ağstafada isə 48 yaşlı qadın eyni gündə itkin düşüb.

7times.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Nazim Quliyev və Ağstafa rayonunda yaşayan 1973-cü il təvəllüdlü Zabella Cəfərovanın axtarışları dörd aydır ki, davam edir. Məlumata görə, cütlük fevral ayından evdən çıxıb və bu günə kimi onlardan məlumat yoxdur.

N. Quliyevin yeni tanış olduğu qadını qaçıraraq birgə yaşadıqları bildirilir.

N.Quliyev evlidir və onun itkin düşməsi barədə övladları polisə məlumat verib. Z. Cəfərova isə ailə həyatı qurmayıb, anası ilə birgə yaşayıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hər iki şəxs 2021-ci ilin fevral ayından bəri itkin kimi axtarışdadır: “Yaxınları polisə müraciət edərək onların itkin düşdüyünü bildirib. Həmin şəxslərin yerinin müəyyən edilərək tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir”.

66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb