2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz artaraq 23554,6 milyon manat olub.
7Times.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 faiz artaraq 12955,8 milyon manata, qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10598,8 milyon manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,0 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faiz artmışdır. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Follow @7timesaz