Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov koronavirusa yoluxub.
Bu barədə 7times.az-a Ömər Eldarov özü məlumat verib. O, əməkdaşımızla söhbətində bildirib ki, COVID-19 testi pozitiv çıxıb.
Məşhur heykəltaraş hazırda müalicə üçün xəstəxanaya müraciət etdiyini söyləyib. Ömər Eldarovun səhhəti haqqında ətraflı məlumat almağa çalışacağıq.
Qeyd edək ki, 21 dekabr 1927-ci ildə anadan olan Ömər Eldarovun hazırda 92 yaşı var.modern.az
Follow @7timesaz