Türkiyənin Mardin şəhərində yaşayan 2 metr 51 santimetr boyu ilə “dünyanın ən uzun adamı” adına sahib olan Sultan Kösen də prezident və parlament seçkilərində səsvermə hüququndan istifadə edib.
7Times.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kösen Mardinin Derik rayonunun Alibəy məhəlləsində səs verib.
Kösen, açıqlamasında “Ölkəmiz üçün xeyirli, uğurlu olsun, inşallah”, – deyib.
Follow @7timesaz