Ölkə

Azərbaycanda bu sahəyə 2 milyarddan çox pul xərcləndi

Azərbaycanda bu sahəyə 2 milyarddan çox pul xərcləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 2 378,6 milyon manat təşkil edib.

“7Times.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi real ifadədə 10,4 faiz artıb. Toyuqlu pizza

Hesabat dövründə proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətləri 34,8 faiz, internet xidmətləri 22 faiz, informasiya xidmətləri isə 13,2 faiz artıb.

Beləliklə, ilin ilk yeddi ayında informasiya və rabitə sektorunda artım dinamikası davam edib.