Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb sahəsində çalışan mütəxəssislər üçün yeni vakansiyalar elan edib.
“7Times.az” xəbər verir ki, dövlət qurumu terapevt, nevropatoloq, psixiatr, cərrah, oftalmoloq, rentgenoloq, otorinolarinqoloq, dermatoveneroloq və digər ixtisaslar üzrə həkimlər, eləcə də müxtəlif tibbi diaqnostika sahələri üzrə mütəxəssislər axtarır.
Vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə və ya Dövlət Xidmətinin elektron portalında anket doldura bilərlər.
Müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunun qeyd edilməsi tələb olunur. Seçim zamanı kliniki təcrübəyə malik namizədlərə üstünlük veriləcək.
Follow @7timesaz


