İran zindanlarında 9 nəfər edam edilib.
7Times.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, son iki gün ərzində İranda daha 9 məhkum edam edilib.
Məlumata görə, Kerman həbsxanasında 6, Xurrəmabad həbsxanasında 2, Məşhəd şəhər həbsxanasında isə 1 nəfərin edam hökmü icra olunub. Edam edilən şəxslər narkotik maddələrin alverində ittiham edilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda cari ilin may ayının 10-a kimi 209 nəfərin edam edildiyini açıqlayıb.
Follow @7timesaz