Müsahibə

“Başqasına sevinin ki, sizə də nəsib olsun”

“Başqasına sevinin ki, sizə də nəsib olsun”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət nazirinin müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Bədii rəhbəri təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın kollektivinə təqdim olunmuşdu.

OLAY yazır ki, sənətçi tədbirdən sonra sosial mediada yazdığı fikirləri ilə diqqət çəkib:

“Bölüşdüyün bir sevinc iki qat artar, bölüşdüyün bir kədər yarı-yarıya azalar. Sevinc yaşayın, sevinclə yaşayın. Başqasının sevincinə də sevinin ki, sizə də sevinmək nəsib olsun. Sevin özünüzü, sizdən olanaları da mütləq sevin. Sevgi insanı xilas edir. Həyat adlı bu ömrü yaşamağa kömək edir. Qanı qanımdan olanlar, sizi sevirəm. Bizə bəxş olunan bu ömür vallah bu məqsədlə verilib”.