Maraqlı

İyun bürclərə nə vəd edir? – Bəzilərinə pul, sevgi, səyahət…

İyun bürclərə nə vəd edir? – Bəzilərinə pul, sevgi, səyahət…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Artıq yeni aya qədəm qoyuruq. Bəs, iyun ayı astrologiya baxımından bürclərə nə gətirir? Yayın ilk ayında ulduz falınız sizə nə deyir?
7Times.az  astroloqların araşdırmalarına istinadən bu sualların cavabını təqdim edir:

Qoç
İyunun birinci yarısında səyahət, təhsil, hüquq, xaricə dair qərarlar verə bilərsiniz. Sadalanan məsələlərlə bağlı proseslər sona çatacaq. Nəticə gözlədiyinizdən daha yaxşı ola bilər. Sevgidə, uşaqlarda, bayramlarda, əyləncələrdə şanslı olduğunuz bir dövrdə olacaqsınız. Karyera həyatınızda bəzi problemlər yarana bilər.
Buğa
Dəyərli buğa, iyunun ilk on beş günü maliyyə, borclar, vergilər, ödənişlər və miras məsələlərində nəticə verə bilər. Yeni ev ala, investisiyalar yatıra bilərsiniz. Ev, ailə və daşınmaz əmlak məsələlərində uğurlar sizinlə olacaq. Dəyişiklik baş verə bilər.
Əkizlər
Sevimli əkizlər, iyunun birinci yarısında tərəfdaş, evlilik, ortaqlıq haqqında qərar qəbul etmə prosesinə girə bilərsiniz. Bu dövrdə ünsiyyətdə sərt dildən istifadə tövsiyə olunmur. Əgər söhbət yaxın ətrafınız, təhsil və səyahətlərdən gedirsə, şans sizinlə olmağa başlayacaq. Əgər subaysınızsa, yeni sevgi ön plana çıxa bilər.
Xərçəng
Hörmətli xərçəng, iyunun birinci yarısında iş həyatınız, işçiləriniz və ya sağlamlığınızla bağlı bəzi proseslər sona çatacaq. Qətiyyətli münasibət göstərə bilərsiniz. Pul məsələsində diqqətli olmaq məsləhətdir. Xarici səfərlərdə, təhsildə, səyahətdə və hüquqi məsələlərdə xəyal qırıqlığı və uğursuzluqlar ön plana çıxa bilər.
Şir
Hörmətli şir, iyun ayına tam ayın enerjisi ilə başlayırıq. Tam ay enerjisi ilə qaranlıq məsələlər görünəcək. Sevgi, uşaqlar, bayramlar, hobbiniz ön plana çıxa bilər. Bu məsələlərlə bağlı qərarlar qəbul edə bilərsiniz. Enerjiniz yüksək olacaq. Xərcləriniz arta bilər.
Qız
Hörmətli qız, iyunun ilk on beş günündə eviniz, ailəniz, karyera həyatınızla bağlı sonluqlar və dəyişikliklər ola bilər. Qərar verməkdə çətinlik çəkə bilərsiniz. Gizli sevgilər gündəminizə gələ bilər. Tərəfdaş və ya tərəfdaşlarla məyusluq yarana bilər.
Tərəzi
Hörmətli tərəzi, iyunun ilk on beş günündə ailə, təhsil, səyahət, yerdəyişmə məsələləri gündəminizə gələ bilər. İş həyatınızda bəzi problemlərlə qarşılaşa bilərsiniz. Sosial dairəniz genişlənə, yeni insanlar həyatınıza qoşula bilər. Sevgi üçün şans sizinlə olacaq.
Əqrəb
Hörmətli əqrəb, iyunun birinci yarısında pul, qazanc, maliyyə məsələləri ilə əlaqədar qərar mərhələsinə girə bilərsiniz. Xərcləriniz hobbilər, şans oyunları, birja, bayramlar səbəbindən çox arta bilər. Pul itkiləri baş verə bilər. Karyera həyatınızda yaxşı bir dövrə qədəm qoyacaqsınız. Uğurlar sizinlə olacaq.
Oxatan
Hörmətli oxatan, iyunun birinci yarısında fiziki dəyişiklik gözlənilir. Ortaqlıq-evlilik münasibətləriylə bağlı qərarlar verə bilərsiniz. Ailə və ev məsələlərində qərarsızsınız. Bəzi xəyal qırıqlıqları gerçəkləşə bilər. Xaricdə, səyahətdə, təhsildə və hüquqda şans sizinlə olacaq. Çox səyahət edə bilərsiniz. Əgər təksənsə, sevgi səni səyahət, təhsil, hüquq sahələrində tapa bilər.
Oğlaq
Hörmətli oğlaq, iyunun birinci yarısında ruhani işlərlə məşğul ola bilərsiniz. Ünsiyyət və səyahətlə bağlı problemlər gündəminizə gələ bilər. Maliyyə məsələlərində diqqətli olmağı məsləhət görürəm. Maliyyə baxımından şanslar sizinlə olmağa başlayacaq. Əgər təksənsə, sevgi üçün yaxşı irəliləyişlər baş verə bilər.
Dolça
Hörmətli dolça, siz iyun ayının ən şanslısısınız. İlk on beş gündə sosiallaşa bilərsiniz. İcma-birliklərdə ön plana çıxa bilərsiniz. Sosial həyatınızla əlaqədar xərcləriniz arta bilər. Sevgi, evlilik və digər tərəfdaşlıqlarda şans sizinlə olacaq.
Balıq
Hörmətli balıqlar, iyunun birinci yarısında karyera və iş həyatınızla bağlı mühüm qərarlar verə bilərsiniz. Bəzi xəyal qırıqlıqları gerçəkləşə bilər. Məsuliyyətləriniz arta bilər. İş həyatınızda və ya sağlamlığınızda şans sizinlə olacaq.
AZXEBER.COM