Cəmiyyət

Evdə siqaret qoxusu – Qurtulmağın yolları

Evdə siqaret qoxusu – Qurtulmağın yollarıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq evlərdə siqaret çəkənlərin sayı azdır. Amma yox dərəcəsində deyil.

Türkiyənin xalq sağlamlığı mütəxəssisi Oğuz Özyaral evdəki siqaret qoxusunu aradan qaldırmaq üçün təbii vasitənin hazırlanma qaydasından bəhs edib.

7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssis evdən gələn pis qoxu, siqaret tüstüsü kimi xoşagəlməz iyə qarşı karbonat, yəni soda, darçın və mixək tozundan istifadə etməyi məsləhət görüb:

“Bu üç ədviyyatı bir-birinə qarışdırın və evinizin hər hansı bir küncünə, təbii ki uşaqların əlinin çata bilməyəcəyi bir yerə qoyun. Evinizdə nə qədər his, siqaret kimi xoşagəlməz qoxu varsa hamısı gedəcək. Bu qarışığı 4-5 gündən bir yeniləyin”.