Ölkə

Bu il TANAP-dan Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq

Bu il TANAP-dan Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il TANAP-dan Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Səfir qeyd edib ki, bu il 22,2 milyard kubmetr qaz ixracı gözlənilir ki, bunun da 10,2 milyard kubmetri Türkiyəyə, 12 milyard kubmetri isə Avropayadır.

Azərbaycandan İtaliyaya qədər uzanan Bakı-Tbilisi-Ərzurum, TANAP və Trans-Adriatik Boru Kəmərinin (TAP) ümumi investisiya dəyərinin 40 milyard dollar olduğunu deyən R.Məmmədov vurğulayıb ki, TANAP-ın fəaliyyətə başladığı gündən bu yana 46 milyard kubmetr qaz nəql olunub ki, bunun 22 milyard kubmetri Türkiyəyə, 24 milyardı isə Avropaya tədarük edilib.

Statistik göstəricilərə əsasən, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz nəqli 8 milyard 705 milyon kubmetr təşkil edib. Sözügedən qaz nəqlinin bu il 10,2 milyard kubmetrə çatdırılması illik bazda təxminən 1,5 milyard kubmetr artım deməkdir.