Ölkə

İcra başçısı buna görə işdən azad edilib? – MARAQLI SƏBƏB

İcra başçısı buna görə işdən azad edilib? – MARAQLI SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün əvvəl prezident İlham Əliyev Quba RİH-nin başçısı Ziyəddin Əliyevin vəzifədən azad edilməsi barədə sərəncam verdi.Beləliklə də 2017-ci ildən bəri icra başçısı olan Ziyəddin Əliyevin 5 illik vəzifə səlahiyyətinə son verildi.Bəs görəsən Ziyəddin Əliyevin vəzifədən azad edilməsinə nə səbəb oldu?

7Times.az etibarlı mənbələrə istinadən araşdırıb əldə etdiyi məqamları diqqətinizə çatdırır.

5 illik icra başçılığı müddətinin hər ilini bir qalmaqal bir səda ilə başa vuran Ziyəddin Əliyevin sonuncu qalmaqallı insidenti bardağı daşıran son damcı oldu desək yanılmarıq.Onun Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Haciyevlə aralarında yaşanan kibirli insidenti az qala bir qan davasına çevrilmişdi.Vəziyyət o həddə gəlib çatmışdı ki,icra başçısı ilə idarə rəisi,bir-birlərini artıq fiziki təzyiqlərlə təhdid etməyə başlamışdı.İnzibati intiriqalar icra başçısı ilə idarə rəisi arasında küçə söyüşləri ilə bir-birlərinə təhdid edəcək həddə qədər yetişmişdi.

Və 2023-cü ilin yanvar ayında icra başçısı Ziyəddin Əliyev öz müavini Ruslan Şahbalayev(Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri)vasitəsi ilə Quba rayon prokurorluğuna Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində yazılı müraciət etdirir.Həmin müraciət əsasında Quba rayon prokurorluğunda Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

7Times.az-ın əldə etdiyi məlumata görə məs bu məqam bardağı daşıran son damcı olub.Beleki,”mərkəz”-in razılığı olmadan regional bir qrum rəhbəri haqda bu cür ani qərar verib cinayət işi açdırmaq “yuxarılar”-ın xoşuna gəlmiyib.Əldə etdiyimiz məlumata görə bundan sonra Elm və Təhsil naziri Emin Əmrullayev məsələ barədə ölkə rəhbərliyinə məruzə edib.Məs elə bu məruzə icra başçısının aqibətini müəyyənləşdirib.

Hüsniyyə

7Times.az