“Ötən gün Bərdəyə “Smerç” tipli raket atılıb. Nəticədə, şəhərə 144 bombacıq düşüb”.
7times.az–ın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dinc əhaliyə qarşı bu tipli raketin atılması beynəlxalq konvensiyada qadağan olunub:
“Biz bundan əvvəl bu cür kaset-sursatı Goranboy, Ağcabədidə tapmışıq. Bu, bir daha onu subut edir ki, düşmən tərəfindən dinc əhali hədəfə götürülür”.oxu.az
Follow @7timesaz