Amerikada mikroskopik əl çantası 63 min dollara satılıb.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, insan gözünün çətinliklə görə bildiyi satımtıl-yaşıl çanta tanınmış bir marka tərəfindən dizayn edilib.
Brooklyn-də yerləşən MSCHF qrupu kiçik parçaya “Mikroskopik əl çantası” adını verib.
Qeyd edilib ki, çanta iynə dəliyindən keçə biləcək qədər dar və dəniz duzu dənəsindən daha kiçikdir. Çanta 657 x 222,700 mikrondan da kiçikdir.
Mikron çılpaq gözlə görünməyəcək qədər kiçik olan şeyləri ölçmək üçün istifadə edilən çox kiçik bir ölçüdür. Bir mikron metrin milyonda birinə bərabərdir.
Follow @7timesaz