Ölkə

Vüqar Bayramov: “Regionlarda kreditlər əlçatan deyil”

Vüqar Bayramov: “Regionlarda kreditlər əlçatan deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycandakı kommersiya banklarının verdikləri kreditlərin 76%-i Bakının payına düşür. Odur ki, regionlarda kreditlər əlçatan deyil”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Bakıda keçirilən “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda Elmi-Praktik Konfransda bildirib.

“Regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir”, – deyə o qeyd edib.

Bundan başqa, deputatın sözlərinə görə, Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artması da narahatlıq doğurur:

“Bu ilin beş ayında ölkədə doqquz milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib. Biz nə qədər istehlak kreditlərinə önəm veririksə, bir o qədər də mübahisələr üçün zəmin yaradırıq”.