Rusiyada yeganə muxtar vilayət olan Yəhudi Muxtar Vilayətində ev itlərinin küçədə sahibsiz gəzməsinə şərait yaratmaq qadağan edilib.
Bu barədə Birobican Şəhər Şurasının sədri Anton Boltov özünün “Telegram” kanalında məlumat verib.
“Bizim Şəhər Dumasının təşəbbüsü bu gün Yəhudi Muxtar Vilayətinin Qanunvericilik Məclisində ikinci və üçüncü oxunuşlarda qəbul edilib. Qəbul edilən sənəddə çoxlu tələb var, ona görə də sizə əsas qadağalar haqqında yazıram: itləri sərbəst şəkildə küçədə gəzintiyə buraxmaq qadağandır, həmçinin onların uşaq meydançalarında, ictimai yerlərdə və səkilərdə sərbəst şəkildə gəzintisinə şərait yaratmaq da qadağandır”, – deyə Anton Boltov qeyd edib.
Anton Boltov, həmçinin əlavə edib ki, noyabrın 1-dən vilayətin ərazisində itlərin qeydiyyatı və identifikasiyası məcburi xarakter daşıyacaq.
Oxu.az
Follow @7timesaz