Ötən həftə dünyanın ən böyük gəmisi “İcon Of The Seas” ilk dəfə okeana çıxıb.
7Times.az xəbər verir ki, 3 milyard dollara başa gələn nəhəng gəmi yanvar ayında ilk səyahətinə çıxmağa hazırlaşır. Məlumata görə, 365 metr uzunluğu, 250 min ton çəkisi olan gəmi əfsanəvi “Titanik”dən beş dəfə böyükdür.
“Royal Caribbean” şirkətinə məxsus olan gəminin ABŞ-ın Mayami şəhərindən yola düşəcəyi və Karib dənizi ətrafında ilk səyahətini edəcəyi bildirilir. Şirkətdən verilən məlumata görə, yanvar ayında baş tutacaq ilk dörd reysin demək olar ki, bütün yerləri əvvəlcədən bron edilib.
Qeyd edək ki, 7 gecəlik Qərbi Karib dənizi səyahətinin qiyməti 3100 dollar, Şərqi Karib dənizi turu isə 2000 dollardır. Gəmidə dünyanın ən böyük su parkı, 40 bar və restoran, 7 hovuz, 15 metrlik şəlalə, mini qolf və buz konkisürmə meydançası var.
Gəminin 7600 sərnişin və 2350 ekipaj daşıma qabiliyyətinin olduğu bildirilir.
“AzPolitika.info”