Cəmiyyət

Azərbaycanda yüzlərlə fəhlənin işsiz qalması ilə bağlı iddiaya RƏSMİ AÇIQLAMA

"Yayılan məlumatlar əsassızdır".

Azərbaycanda yüzlərlə fəhlənin işsiz qalması ilə bağlı iddiaya RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun tikinsinin dayandırılması barədə yayılan məlumatlar əsassızdır”.
Bunu 7times.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
“Kim inanmırsa gedib öz gözləri ilə şahidi ola bilər. Yolun tikintisi plana uyğun olaraq davam edir. Ola bilər ki, yolun hər hansı bir hissəsində işlər müvəqqəti olaraq saxlanılıb. Amma bu ümumilikdə tikintinin dayandırıması anlamına gəlmir”.

Qeyd edək ki, ötən gün iqtisadçı alim Qubad İbadoğlu facebook səhifəsində Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun tikinsinin dayandırılması və yüzlərlə işçinin qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilməsi barədə məlumat paylaşıb.

7times.az