Ölkə

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 21 % artıb

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 21 % artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 939,4 milyon manat vəsait yönəldib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 1 milyard 838,3 milyon manatı (94,8 %-i) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.