Çin Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir göstərmək üçün Rusiyanı hərbi cəhətdən faydalı avadanlıqlarla təmin etməyə davam edir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Politico” nəşri məlumat yayıb.
“Politico”nun materialında deyilir ki, Pekin müharibənin davam etdiyi 17 ay ərzində Rusiyanı gülləkeçirməz jiletlər, termal optik nişangahlar və pilotsuz uçuş aparatlarıyla təmin edib.
Məlumata görə, təkcə 2023-cü ildə Rusiya 100 milyon dollar dəyərində Çin PUA-ları idxal edib ki, bu da Ukraynaya idxaldan 30 dəfə çoxdur. Bundan əlavə, gülləkeçirməz jiletlərdə istifadə edilən Çin keramikasının Rusiyaya idxalı 69% artıb, Ukraynaya ixracı isə 61% azalıb.
Follow @7timesaz