Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Aqil Müsafəddin oğlu Əlisultanovu 50 illik yubileyi münasibətilə qəbul edib.
Görüş zamanı rayon rəhbəri Aqil Əlisultanovu səmimi qəlbdən təbrik edərək ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzulayıb.
Elnur Rzayev yubilyarın uzun illər ərzində Xaçmaz rayonunun ictimai-mədəni həyatında fəal iştirakını, mədəniyyət sahəsində göstərdiyi səmərəli fəaliyyətini və gənc nəslin mənəvi tərbiyəsinə verdiyi dəyərli töhfələri yüksək qiymətləndirərək onu fəxri fərmanla təltif edib.



