Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü şərəfinə parad keçirilir.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, paradı Rusiya Prezidenti Vladimir Putin qəbul edir.
Parad ənənəvi olaraq dəniz və quru komponentlərindən ibarətdir. Bu il tədbirə 45 gəmi, kater və sualtı qayıq, həmçinin 3000-ə yaxın hərbçi cəlb olunub.
Qeyd edək ki, Putin bu il parada daha əvvəl Rusiya-Afrika sammitində iştirak etmək üçün şimal paytaxtına gəlmiş Afrika ölkələrinin liderlərini dəvət edib.
Follow @7timesaz