Ölkə

“Azəri-Çıraq-Günəşli”-də hasilat 1 milyon ton azalıb – BP yarım illik hesabatı açıqladı

“Azəri-Çıraq-Günəşli”-də hasilat 1 milyon ton azalıb – BP yarım illik hesabatı açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli”-dən (AÇG) ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olub.

“AzPolitika.info” xəbərverirki, “BP-Azərbaycan”şirkətininyaydığı məlumatdabildirilir.

Qeydolunurki,2022-ciilinbirinciyarısındaAÇG-dənstabilhasilattəhlükəsizvə etibarlı şəkildə davametmişdir. Yarımil üçünAÇG-dən ümumihasilat – Çıraq (25 000), MərkəziAzəri (108 000), QərbiAzəri (109 000), ŞərqiAzəri (62 000), DərinsuluGünəşli (78 000) və Qərbi Çıraq (42 000) platformalarındanbirlikdə – gündə ortahesabla 424 000 barelvə ya ümumilikdə təxminən 77 milyonbarel, yəni 10 milyontonolub.

Beləliklə, bu ilin birinci yarısında AÇG-dən hasilat 1 milyon ton az olub.

2023-cü ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 232 milyon dollar əməliyyat məsrəfləri və 746 milyon dollar əsaslı məsrəflər xərclənmişdir. 2022-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənmişdi.