Ölkə

Kiberhücumlardan qorunmaq üçün nə etmək lazımdır? – Ekspert izah edir

Kiberhücumlardan qorunmaq üçün nə etmək lazımdır? – Ekspert izah edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən internet istifadəçiləri özləri də bilmədən kiber cinayətkarların qurbanıına çevrilirlər. Nəzərə almaq lazımdır ki, Ermənistan torpaqlarımızın işğaldan azad olması üçün müharibə aparan Azərbaycana qarşı yalnız səngərdə mübarizə aparmır. Əlinə düşən istənilən fürsəti dəyərləndirməyə çalışan düşmən dövlət ölkəmizlə informasiya müharibəsi də aparır. Bu halda isə onlar üçün ən əsas alət internet məkanının qaydalarına bələd olmayan və onlardan kor-koranə istifadə edən internet istifadəçilər ola bilərlər.

7times.az xəbər verir ki, Azərbaycanda müharibənin aparıldığı bir zamanda da istifadəçilər məhz belə qurbana çevrilməmək üçün mütləq şəkildə bir çox qaydalara əməl etməlidirlər.

Kibertəhlükəsizlik üzrə mühəndis Bəhruz İbrahimov Trend-ə açıqlamasında bildirib ki, kiber hücumların əsas məqsədi yanlış məlumatlar yaymaqla vətəndaşlarımız arasında çaxnaşma yaratmaq, istifadəçilərə məxsus şəxsi məlumatları – email, ad, soyad, ünvan, şəkil, şifrə, telefon nömrəsi və sair əldə etmək və onlara müdaxilə etmək, daha sonra isə əldə edilmiş bu məlumatlar əsasında daha unikal hücumlar edə bilməkdir. Digər məqsədlər isə istifadəçilərə məxsus cihazlara zərərli tətbiqi yükləməklə həmin cihazı uzaqdan idarə oluna bilən zombi-bota çevirmək, istifadəçinin cihazında olan məlumatları silmək, dəyişdirmək, şifrələmək və ya məlumatları 3-cü tərəfə ötürmək, istifadəçiyə məxsus bank kartları məlumatını əldə edərək istifadəçi kartında gizli müdaxilə etmək, gizli formada istifadəçiyə məxsus və yayılmasına narahat olacağı məlumatları əldə etdikdən sonra şantaj üsulu ilə istifadəçini uzaqdan məcburi idarə etməkdir.

Ekspert bildirib ki, bu hücumlardan qorunmaq üçün mənbəyi məlum olmayan naməlum tətbiqlərdən istifadə etməmək, mümkün qədər istifadəçiyə məlum olmayan wi-fi şəbəkələrə qoşulmamaq, bəzi xüsusi tətbiqləri istifadə edə bilmək üçün mobil cihazları root və ya jail-break etməmək, sosial şəbəkələrə qoşula bilmək üçün naməlum VPN-lərdən istifadə etməmək, naməlum şəxslərdən gələn emaillərə daha diqqətli yanaşmaq və əmin olmadığınız emaildə göstərilənləri icra etməməkdir. Bunlarla yanaşı, xüsusi rəsmi antivirus və firewall (Təhlükəsizlik divarı) tətbiqlərindən istifadə etmək, müxtəlif saytlar və sosial şəbəkələr və email servisləri üçün eyni parolu istifadə etməmək, mümkün bütün servislərdə iki mərhələli təhlükəsizlik giriş (MFA) funksionallığından istifadə etmək lazımdır:

“Sizə məxsus fərdi və maliyyə məlumatları (Şəxsiyyə vəsiqəsi məlumatları , Bank kartı və bank hesabı nömrələrəi) sorğulayan naməlum email və sms-lərə cavab verməyin. Şifrələrinizi heç bir halda nə kağız nə də elektron formada yazaraq saxlamayın. Şifrələri yalnız yaddaşımızda saxlamalıyıq”.

B.İbrahimov əlavə edib ki, əgər kiber hadisələr baş veribsə, əvvəlcə daha təhlükəsiz olan digər cihazdan mümkün bütün internet hesablarına daxil olaraq giriş məlumatları dəyişdirmək lazımdır. Yoluxmuş cihazı internetdən ayırmaq və sonülü saxlamaq tövsiyə edilir. Kiber hadisələrin araşdırması zamanı cihaz işlək vəziyyətdə olmadıqda daha çox izlər əldə etmək olur. İstifadəyə davam edildiyi zaman vacib ola biləcək məlumatların bir qismi itirilmiş ola bilər. Araşdırılması və tədbir görülməsi üçün profesional şəxs və ya şirkətlərin xidmətlərindən istifadə edərək cihazın və fərdi məlumatlarınızın gələcək təhlükəsizliyini təmin etmək mümkündür. Baş vermiş hadisə xüsusi təhlükəli vəziyyət yaradırsa, mütləq vaxt itirmədən hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır. Bununla yanaşı, özünüzün informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarınızı da daim artırmağa çalışın”.