Yaponiyada çayın üstündən keçən su borusunun partlaması nəticəsində suyun hündürlüyü təxminən 50 metrə çatıb. Problem 9 saatdan sonra aradan qaldırılıb.
7Times.az xarici mənbəyə istinadən xəbər verir ki, Yaponiyanın Şizuoka əyalətində çayın üzərindən keçən diametri 70 santimetr olan su borusu axşam saatlarında partlayıb. Nasazlıq borunun içindəki havanın boşaldılması üçün istifadə olunan hava klapanının qırılması səbəbindən baş verib.
Follow @7timesaz