Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin taleyini yaşayacağını iddia edib.
“AzPolitika.info” xəbər verir ki, o bu barədə “Telegram” kanalında Rusiyanın Gürcüstana qarşı təcavüzünün 15 illiyi ilə bağlı dərc etdiyi qeydlərində yazıb.
“Vaşinqton və Brüssel marionetlərinin taleyi həmişə eyni şəkildə bitir – onlardan xilas olurlar. Növbədə Zelenskidir”, – spiker bildirib.
“2008-ci il avqustun 8-də Saakaşvili Cənubi Osetiyaya xain hücum əmri verdi. Rusiya mülki insanları qorudu. Saakaşvili hakimiyyətinin lap əvvəlindən rusofobik mövqedə idi. O, AB və NATO tərəfindən dəstəklənib, maliyyələşdirilib, silahlarla təmin edilib və orduya təlim keçib. Eyni şey sonradan Ukraynada da baş verdi”, – Volodin yazıb.
Onun sözlərinə görə, sonradan “Qərbə lazımsız olduğu ortaya çıxan” Mixail Saakaşvili vətənində mühakimə olunub. “İndi o, Gürcüstanda prezidentlik dövründə törətdiyi cinayətlərə görə cəza çəkir. Tarix təkrarlanır, amma indi Zelenski ilə. Onsuz da Qərb ondan və acgöz Kiyev rejimindən bezib. Onun nankorluğu Avropa siyasətinin əsas xüsusiyyətinə çevrildi. Bu, həm Britaniyada, həm də Polşada rəsmi səviyyədə açıq şəkildə bəyan edilir… Saakaşvili ancaq qalstuku çeynəməklə yadda qalıb. O, həbsxanadan qovulmuş adamdır. Eyni şey Zelenskini də gözləyir”, – Rusiya Dövlət Dumasının spikeri yazıb.
Follow @7timesaz