Dünya

Türkiyədə çörək, ictimai nəqliyyat və taksinin qiyməti artdı

Türkiyədə çörək, ictimai nəqliyyat və taksinin qiyməti artdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kırşehir şəhərində çörəyin qiyməti 6 Türkiyə lirəsi (TL) olub.

4,50 lirəyə satılan 200 qram çörəyin qiyməti Çörəkçilər Palatasının tələbindən sonra 6 Türkiyə lirəsi olaraq təsdiqlənib.

Çörəkçilər xərclərin artması ilə bağlı etirazlarını bildiriblər və bundan sonra Regional Ticarət İdarəsi ilə birlikdə yeni qiymət tarifləri təyin olunub.

Tarifə görə, 400 qramlıq çörək növlərinin qiyməti isə 12 TL olub. Həmçinin, 400 qram tam buğda, çovdar və qarğıdalı çörəyinin qiyməti 18 TL təyin olunub.

Çörəklə yanaşı, İstanbulda bu gündən etibarən ictimai nəqliyyat tarifləri 51,52% bahalaşıb.

Həmçinin, taksi qiymətləri də qalxıb. Gəzintinin qiyməti 51,52%, minmə və düşmə haqqı (Türkiyədə indi-bindi deyirlər – red.) isə 75% artıb.

Beləliklə də, ictimai nəqliyyatda gediş haqqı artıq 15 TL olacaq. Taksi qiymətləri isə 70 lirədən başlayacaq./Oxu.az