ABŞ Prezidenti Cozef Bayden Şimali Koreya lideri Kim Çen Inla Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi KXDR-in bu günə qədər təklifə müsbət cavab vermədiyini qeyd edib. “Biz ilkin şərt olmadan danışıqlar masasına oturmağa hazırıq”, – Ağ Ev rəsmisi deyib.
Follow @7timesaz