Sosial şəbəkələrdə bir ermənin Rusiya sülhməramlısı ilə söhbətinin görüntüləri yayılıb.
Ermənistan “Telegram” kanallarında yayılmış görüntülərdən aydın olur ki, söhbət zamanı erməni sakin sülhməramlıya qarşı absurd və bir o qədər də sərsəm iddialar səsləndirir.
Onun fikrinə görə Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları passiv fəaliyyət göstərirlər. Məhz bu səbəbdən də erməni qadınlar dünyaya uşaq gətirə bilmirlər.
Böyük ehtimalla həmin şəxs səsləndirdiyi fikirlərin nə anlama gəldiyini anlamır. Buna görə də sülhməramlı ilə onun arasında yaşanan bu dialoq sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.