Ölkə

İnsanlıq əleyhinə yönəlmiş silahlar: Düşmənin daha bir mənfur planı – VİDEO

İnsanlıq əleyhinə yönəlmiş silahlar: Düşmənin daha bir mənfur planı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinə İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

7times.az xəbər verir ki, hərbi ekspertlərin sözlərinə görə, fosfor tərkibli silahlar keçən əsrin 50-ci illərinə qədər istehsal olunub. Lakin sonradan hərbi qlobal güclər bu silahların insanlığa, bəşəriyyətə ziyanını nəzərə alaraq, qadağan edən konvensiyalar qəbul ediblər.

Hərbi ekspert Ədalət Verdiyev Baku TV-yə bildirib ki, bu konvensiya 1983-cü ildə Cenevrədə qəbul olunub. Həmin konvensiyada adını sadaladığım bir çox silahlar, o cümlədən, kimyəvi, bioloji və başqa silahların qadağan olunması öz əksini tapıb.

“Yəni onların hərbi istifadəsi qadağan olunduğu halda, yatmış körpələrə qarşı düşmən bu silahlardan istifadə edir. Bu sursatlar yandırıcı silah sistemlərinə aiddir. Onlar atıldıqdan sonra uzun müddət ətrafda ağ tüstü qalır. Ağ fosforun təhlükəliliyi ondan ibarətdir ki, onun alışması üçün sadəcə oksigenlə təmasa girməsi yetərlidir.

Alışdıqdan sonra isə 1300 dərəcə tempratur əmələ gətirir. Silahın öldürücülüyündən başqa, insanın bədənində dərin deşiklər açır və soyuyana qədər yandırır. Digər tərəfdən, maddənin alışmasından əmələ gələn tüstü insanda ürək çatışmazlığı və boğulmaya səbəb olur”.

Fosfor tərkibli döyüş sursatının Xocavənd istiqamətinə gətirilməsində məqsəd ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Düşmənin digər məqsədi isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.