Maraqlı

Heyvanın BİLMƏDİYİMİZ faydaları – Həm meyvəsi, həm yarpağı min bir dərdə çarə

Heyvanın BİLMƏDİYİMİZ faydaları – Həm meyvəsi, həm yarpağı min bir dərdə çarəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təzə heyvadan hazırlanmış ekstraktın tərkibində dəmir çox olduğundan qan azlığı və digər xəstəliklərə qarşı istifadə olunur. Məşhur tacik həkimi və filosofu Ibn-Sina heyvaya çox fikir verirdi. O, belə hesab edirdi ki, heyva həzm prosesinin pozulmasında və sifətin (üzün) rənginin yaxşılaşmasında müsbət təsir göstərir. Ona görə də o, təzə hazırlanmış heyva şirəsini bal və sirkə ilə iştahanın artmasına, mədənin möhkəmlənməsinə və qaraciyər zəifliyində istifadə etməyi məsləhət görürdü.

Tərkibində büzüşdürücü aşı maddəsi olduğundan təbii halda və heyva həlimi şəklində ishala qarşı və daxili qanaxmalarda tətbiq olunur. Anus dəliyi çatlamalarında və düz bağırsağın aşağı düşməsində heyva şirəsində islatma qoyulur. Heyva meyvəsindən hazırlanan çaydan sidikqovucu kimi vadyanka (hidropos – bədən boşluqlarına su yığılması) xəstəliyində istifadə olunur. Xalq təbabətində ishala və daxili orqanlardan qanaxmaya qarşı toxumlarından alınan həlimdən istifadə olunur. Zaqafqaziyada isə heyva toxumundan hazırlanmış çay öskürəyə qarşı içilir. Heyva tumlarının qabığında 20%-ə qədər selikvari maddə vardır.

 

Bu ondan yumşaldıcı və bəlğəmgətirici vasitə kimi istifadə etməyə imkan verir. Tumlardan hazırlanmış selikli həlim gündə 3-4 dəfə 1 çay qaşığı nəfəs yollarının müxtəlif xəstəliklərinə qarşı istifadə olunur. Lakin toxumdan həlim hazır- 112 ladıqda onu xırdalamaq və əzmək məsləhət görülmür, çünki tumda olan zəhərli amiqdalin maddəsi həlimə keçib onun dadını acılaşdırar.

Heyvanın tərkibində dəmir çox olduğundan onun ekstraktı qanazlığında istifadə olunur. Dərman məqsədilə heyvanın tumları mədə-bağırsaq, ürək-damar xəstəliklərində, tənəffüs yollarının iltihabında yumşaldıcı bəlğəmgətirici və öskürəyə qarşı tətbiq edilir. Heyvanın yarpaqlarından dəmlənmiş çaydan bronxial astma xəstəliyində və ürək ağrılarına qarşı, oduncağının qabığından hazırlanmış çaydan isə mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər. Heyva balverən bitki kimi də qiymətləndirilir. Hər gülü orta hesabla 3,5-5,5 mq nektar verir.

Nektarı şirin, şəffaf, yüngül və ətirli olduğundan arılar tərəfindən yaxşı toplanır. Lakin heyvanın çiçəkləri az olduğundan hər hektardan 15-18 kq bal hasil edilə bilər. Heyvanın oduncağı ağ rəngdədir. Bəzi xarratlıq məmulatının hazırlanmasında istifadə edilir.

Heyva tumunun sağlamlığa faydaları 

Heyva tumu ancaq gözəllik sektorunda deyil, sağlamlıq problemləri ilə əlaqədar da istifadə edilir. Belə ki heyva tumunun bronxitə, öskürəyə, mədə və bağırsaq problemlərinə müsbət təsiri danılmazdır. Heyva tumu ciyərlər üçün də olduqca faydalıdır. Heyva yarpağı və çiçəkləri soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər. Uşaqlarda rast gəlinən ishal problemini ortadan qaldırır. Heyva tumu ağız yaraları və qoxusunun qarşısını almaqda da olduqca təsirlidir.
Öskürək: Heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və su ilə qaynadıb içsəniz, öskürəyi kəsər.
Sidik yolu iltihabı: Heyva tumunu qaynadıb suyunu şəkərsiz konfetlə içmək sidik yolu iltihabına yaxşı təsir etsə də, acqarına içmək təklif edilir.
Anemiya: Heyva suyu üzüm kompotu ilə bərabər, içildiyi zaman qan azlığı kimi problemləri yox edir. Heyvanın tükləri qanayan yaraya qoyulsa, qanaxmanın qarşısını alır.
Sakitləşdirici vanna: Heyva yarpaqlarını qaynadıb suyunda vanna qəbul etmək sinirləri sakitləşdirər. 
Susuzluq:
 Heyva sərinləşdirici xüsusiyyəti ilə həm susuzluğu aradan qaldırır, həm də bədənə sərinlik gətirir.
Ürək: Heyvanın özü, kompotu və tumu, bunları çiy yemək ürək xəstəliklərində ən əsas qidalardır.  Müntəzəm heyva qəbul edən insanlarda ürək problemləri və xəstəlikləri nadir hallarda yaranır.

Qeyd edək ki, A və B vitaminləri ilə zəngin olan heyva qış fəslinin əvəzolunmaz meyvələrindəndir. Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlatmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.

Heyvanın bilmədiyiniz digər faydaları:
– Mədə və bağırsaqları gücləndirir.
– İshalı kəsməkdə təsirlidir.
– QaraHəciyərin fəaliyyətini yaxşılaşdırır.
– Qanı təmizləyir.
– Ürək döyüntüsünə xeyir edir. Ürəyə qüvvət verir və rahatladır.
– Öskürməyə faydalıdır.
– Dərini təmizləyir, dırnaqları bərkidir.
– Varikozun qarşısını alır.
Bundan başqa, heyva ağ ciyər, böyrək, boğaz, göz və ağız sağlamlığı üçün də faydalıdır. Heyva damar sərtliyinə xeyir edir, təzyiqi endirir. Yarpaqlarından hazırlanan çay ürək ağrılarına yaxşı təsir edir və insanı sakitləşdirir. Həmçinin yarpaqlarını qaynadıb, suyu ilə qarqara etmək, yarpaqlarını isə boğaza kompress kimi qoymaq boğaz ağrısının və şişməsinin keçməsinə kömək edir. Kərə yağında bişirilən heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürəyə, bronxitə və vərəm xəstəliyinə xeyirlidir. Heyva çiçəyini bal ilə qatıb udanda baş ağrısını kəsir. Bundan başqa, heyvanın çiçəyini qaynadıb, suyunu içmək ürək döyüntüsünü kəsir, ürəyi qüvvətləndirir və ananın südünü artırır.

Saglamolun.Az