Dünya

“Şimali Koreya və Rusiya silah satışı üzrə danışıqlar aparır” – ABŞ rəsmisi

“Şimali Koreya və Rusiya silah satışı üzrə danışıqlar aparır” – ABŞ rəsmisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya və Rusiya silah satışı üzrə danışıqlar aparırlar.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

C. Kirbi yaxın aylarda bu istiqamətdə iki ölkə arasında yüksək səviyyəli danışıqların ola biləcəyini qeyd edib: “Yüksək səviyyəli danışıqlar yaxın aylarda da davam edə bilər. Potensial razılaşma əsasında Rusiya Şimali Koreyadan Ukraynada istifadə etmək üçün əhəmiyyətli miqdarda müxtəlif növ döyüş sursatları ala bilər. Biz Şimali Koreyanın Rusiyanın Ukraynadakı hərbi qüvvələrinə dəstək verməsindən narahatıq”.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre isə bildirib ki, Şimali Koreya ilə Rusiya arasında istənilən silah müqaviləsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deməkdir.

Şimali Koreyanı Rusiya ilə silah danışıqlarını dayandırmağa çağıran Pierre, bu danışıqlarda iştirak edən şəxslərə və təşkilatlara sanksiyaların tətbiqi üçün hərəkətə keçəcəklərini bildirib.