Ölkə

MN: “Qeyri-qanuni erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alınıb”

MN: “Qeyri-qanuni erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alınıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə 7Times.az– a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – MN-dən qeyd edilib.