Rusiya müharibənin 1076-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 653 təyyarəsi, 283 helikopteri, 42 338 PUA-sı, 590 zenit-raket kompleksi, 21 007 tank və digər zirehli texnikası, 1 513 reaktiv yaylım atəş sistemi, 21 190 artilleriya və minaatanı, 31 149 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
Follow @7timesaz