Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın mineral ehtiyatlar əvəzinə Amerika silahlarının verilməsinə dair Ukrayna ilə “sövdələşmə” qurmaq istəyini kəskin tənqid edib.
7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, Avropa liderlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra mətbuata açıqlama verən Olaf Şolts Trampı silah müqabilində nadir metalların və digər ehtiyatların əldə edilməsi üçün Ukrayna ilə “sövdələşmə” niyyətinə görə qınayıb.
Şolts Trampın tələbini “son dərəcə eqoist və eqosentrik” adlandırıb. O vurğulayıb ki, ilk növbədə, Ukraynanın bərpa üçün yardıma ehtiyacı var və ölkənin resursları hərbi əməliyyatlar başa çatdıqdan sonra onun ehtiyaclarını ödəməyə yönəldilməlidir.
Follow @7timesaz