ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq hesab edir ki, Ukrayna və Rusiya müharibənin həlli üçün razılığa gəlmək istəyirlərsə, hər ikisi güzəştə getməli olacaq.
7Times.az xəbər verir ki, K.Kelloq “Fox News”-a müsahibəsində Zelenski kimi Putinin də öz mövqeyini yumşaltmalı olacağını vurğulayıb: “Ukrayna Prezidenti Volodimir Zelenski artıq açıq şəkildə eyham vurur ki, o, ərazilərlə bağlı mövqeyini yumşaldacaq. Putin də mövqeyini yumşaltmalı olacaq. Yəqin ki, yaxın zamanda hər kəslə diskussiya aparacağıq və bu, hər iki tərəf üçün yaxşıdır”.
“AzPolitika.info”
Follow @7timesaz