Dünya

Tramp-Putin görüşü bu iki ölkədən birində keçirilə bilər – “Türkiyə nəzərdən keçirilmir”

Tramp-Putin görüşü bu iki ölkədən birində keçirilə bilər – “Türkiyə nəzərdən keçirilmir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin arasında görüş üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini nəzərdən keçirir.

7Times.az  xəbər verir ki, bu barədə “Reuters” Rusiya mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Rusiyanın yüksək rütbəli rəsmiləri son həftələr Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər ediblər. Eyni zamanda, Rusiyada hələ də bu ideya ilə bağlı bəzi narahatlıqlar var. Belə ki, hər iki ölkənin ABŞ ilə yaxın hərbi-kəşfiyyat əlaqələri mövcuddur.

“Reuters”-in qeyd etdiyi kimi, həm Tramp, həm də Putin Səudiyyə Ərəbistanı və BƏƏ hökmdarları ilə dostluq münasibətləri qurublar. Həm Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, həm də BƏƏ Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan Ukraynadakı müharibə boyu bitərəf qalıb, Qərbin Rusiyaya qarşı tənqid və sanksiyalarından çəkiniblər. Həmçinin, hər iki lider Ukrayna Prezidenti Volodimir Zelenski ilə də müntəzəm əlaqə saxlayır.

Onu da qeyd etmək lazımdır ki, bu ölkələrin heç biri Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil.

“Reuters” qeyd edir ki, indiki mərhələdə Rusiya mənbələri Türkiyəni görüşün mümkün yeri kimi nəzərdən keçirmir. Böyük ehtimalla bu, Türkiyənin Suriyadakı fəaliyyəti və ümumilikdə Rusiya ilə münasibətlərdə yaranan nisbi soyuqluqla bağlıdır.

“AzPolitika.info”