Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər.
APA xəbər verir ki, bu barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, Gürcüstanın keçmiş prezidentinin büdcə vəsaitlərini öz şəxsi uçuşlarına xərcləməsi ilə bağlı cinayət faktı təsdiqlənib:
“Hər kəsə məlumdur ki, ölkənin birinci şəxsinin çarter reysi ilə uçması cinayətdir və yeni böyük miqyaslı cinayət faktı təsdiqlənib. Hesab edirəm ki, bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır”, – deyə Mdinaradze vurğulayıb.
Xatırladaq ki, Gürcüstan KİV-də yayılan məlumata əsasən, ölkənin Gürcüstan Müdafiə Nazirliyi ilə “Gürcüstan Hava Yolları” (Georgian Airways) arasında 24 milyon lari (təqribən 9 milyon dollardan artıq) məbləğində saziş bağlanıb və bunun 14 milyon lari (təxminən 5,3 milyon dollar) hissəsi yalnız Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.
Follow @7timesaz