Sosial şəbəkələrdə döyüşdə olan igid əsgərimizin arzuları ilə bağlı xəbər yayılıb.
7times.az big.az-a istinadən xəbər verir ki, əsgərimizin ailə üzvlərinə yazdığı mesaj hər kəsi kövrəldib. Belə ki, o, Qarabağ azad olunduqdan sonra Goranboydan Bakıya piyada gələcəyini yazıb:
“Allahım, duamı, niyyətimi, əhdimi qəbul et. Gün o gün olsun tezliklə Qarabağımızı işğaldan azad edək, Goranboydan Bakıya piyada qurban gətirib cənab Ali Baş Komandanın ayaqları altında kəsəcəm. İnşallah tezliklə uca Allah duamı əhdimi qəbul etsin. İnşallah sağ-salamat gəlib bu arzumu yerinə yetirəcəm. Gözəl qızım, igid oğlum sizin də arzunuzu yerinə yetirəcəm. Atanıza çoxlu dua edin. Şəhid olsam başınızı dik tutun, ağlamayın dalımca. Təki vətən sağ olsun.
Follow @7timesaz