Dünya

Putin Ukrayna haqda: “Hər kəs xanımı ilə tanqo oynayacaq”

Putin Ukrayna haqda: “Hər kəs xanımı ilə tanqo oynayacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva heç vaxt Ukrayna üzrə danışıqlardan imtina etməyib, lakin Kiyev onlarla hazır olması barədə birbaşa danışmalıdır.

 

7Times.az  “İnterfaks”a istinadən  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdə bildirib.

“Biz heç vaxt danışıqlardan imtina etməmişik, ona görə də qarşı tərəf istəyirsə, etsinlər. Mən bunu deyirəm, amma qarşı tərəfdən heç nə eşitmirəm”, – Putin bildirib.

ABŞ Dövlət katibi Blinkenin “Rusiya və Ukrayna tanqo rəqsi edirlər” fikrini şərh edən Putin deyib:

“Tanqo üçün iki tərəf lazımdır. Əks halda onlar həmişə başqasının musiqisi və başqasının melodiyası altında rəqs edəcəklər. Bu və ya digər şəkildə hamı xanımı rəqs etməli olacaq. Amerikalılara gəlincə, onlar özləri bu tanqonu necə rəqs edəcəklərini bilmirlər. Əlbəttə, bu gözəl, heyrətamiz musiqi və gözəl hərəkətlərdir, lakin ABŞ hər şeyi güc mövqeyindən həll etməyə çalışır. Bunu ya iqtisadi sanksiyaların, ya da maliyyə məhdudiyyətlərinin köməyi ilə, ya hərbi güc tətbiq etmək hədəsi və ya zor tətbiq etməklə edirlər. Lakin sonda hamı tanqo rəqsi etməli olacaq”, – Putin bildirib.

Putin əlavə edib ki, onlar kiməsə öyrətməyə çalışırlar, lakin özləri bunu necə edəcəklərini bilmirlər və yaxud da bunu istəmirlər.

“Ölkə.Az”