Dünya

Putin separatçıları TƏBRİK ETDİ

Putin separatçıları TƏBRİK ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Gürcüstan ərazisindəki separatçı “Abxaziya Respublikası”nın başçısı Aslan Bjaniyanı “milli bayram” – “qələbə və müstəqillik günü” münasibətilə təbrik edib.
7Times.az  xəbər verir ki, məlumat Kremlin saytında dərc olunub.
Putin bildirib ki, Rusiya bundan sonra da “Abxaziya Respublikası”nın “hakimiyyət orqanları”na və xalqına aktual sosial-iqtisadi problemlərin həllində, eləcə də milli təhlükəsizliyin təmin edilməsində hər cür yardım göstərmək niyyətindədir.

Putin ikitərəfli münasibətlərin müttəfiqlik və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini də vurğulayıb.
Sentyabrın 30-da qondarma “Abxaziya Respublikası” 1992-1993-cü illərdə gürcü-abxaz müharibəsindəki qələbənin 30-cu ildönümünü qeyd edir.

1992-ci il avqustun 14-də Gürcüstan Qvardiyasının silahlı birləşmələri Abxaziya ərazisinə daxil olaraq separatçılıqla mübarizəyə başlayıb. Rusiyanın abxaz separatçılarına dəstəyi və müharibəyə müdaxiləsi Gürcüstanın geri çəkilməsilə nəticələnib. Müharibə 1993-cü il sentyabrın 30-da Gürcüstan Dövlət Şurasının qoşunlarının Abxaziya ərazisindən çıxarılması ilə başa çatıb.

Münaqişənin siyasi yolla həlli cəhdləri nəticə verməyib. Gürcüstan “Abxaziya Respublikası”nı müstəqil dövlət kimi tanımır və onu özünün regionu hesab edir.

Moskva isə 2008-ci il avqustun 26-da “Abxaziya Respublikası”nın suverenliyini tanıyıb.