Qəzzada ailələr İsrailin hücumlarından sonra yaralanan və ya həyatını itirən uşaqlarını tanımaq üçün uşaqlarının adlarını qollarına yazır. İsrailin vurduğu Qəzza zolağında dəhşətli səhnələr yaşanır.
Hər gün bombalanan uşaqlar ovuclarına adlarını yazır ki, öləcəkləri təqdirdə ailələri cəsədlərini tanısınlar.
7Times.az “CNN TÜRK”-ə istinadən xəbər verir ki,”Şəfa Tibb Kompleksi”-də qalan və ovuclarına özlərinin, övladlarının və yaxınlarının adlarını yazan insanlar bunu, cəsədlərin müəyyən edilməsi üçün etdiyi bildirib.