Bakı şəhər sakini Hacızadə Rövşən Azad oğlu Nərimanov rayon prokurorluğuna,oğlu,1995-ci il təvəllüdlü Hacızadə Rəşad Rövşən oğlunun,1989-cu il təvəllüdlü Babakişiyeva Ayan Vidadi qızı ilə əlbir olaraq bu ilin yanvar ayında ona məxsuz ofisdən 30 min manat pulun oğurlanması barədə müraciət edib.
“7Times.az” xəbər verir ki, Rövşən Hacızadə Nərimanov rayon prokurorluğuna etdiyi həmin müraciətdə,Bakı şəhər Nərimanov rayonu,Teymur Əliyev küçəsi “122-A” ünvanında yerləşən həmin ofisdə olan 30 min manat pulunun,oğlu Rəşad Hacızadə ilə müğənni Ayan Babakişiyeva tərəfindən oğurlanaraq ələ keçirildiyini iddia edib.
Şikayət ərizəsində Rövşən Hacızadə müğənni Ayan Babakişiyevanın onun oğlunu,Rəşad Hacızadəni pis vərdişlərə cəlb etdiyini bildirib.
“7Times.az” həmin şikayət ərizəsini təqdim edir:
Follow @7timesazİlqarə
7Times.az