Rusiyanın Ukraynada apadığı müharibə nəticəsində ölən ukraynalı uşaqların sayı 509-a çatıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun “Telegram” hesabında məlumat verilib. Bildirilib ki, ötən ilin fevralından başlayan Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində bu günədək Ukraynada 509 uşaq ölüb, 1139-dan çox uşaq yaralanıb. Baş Prokurorluq bildirib ki, bu məlumatlar yekun deyil, aktiv hərbi əməliyyatların aparıldığı, Rusiya tərəfindən işğal edilmiş ərazilərdə məlumatların toplanması istiqamətində işlər davam etdirilir.
Follow @7timesaz